satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməsi ilə bağlı yaydığı məlumatda bildirilib.

"Yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-dən qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun üç hərbi qulluqçusu yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM