satellite   Azerspace-1: 11135 H 30000

Britaniyalı politoloq: “Ermənistanın təcavüzkar addımları qəbuledilməzdir”

Britaniyalı politoloq: “Ermənistanın təcavüzkar addımları qəbuledilməzdir”

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutması qətiyyən yolverilməzdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

"Bu addım Nikol Paşinyanın göstərişi ilə hərəkət edib-etməməsindən asılı olmayaraq erməni tərəfinin çarəsizliyinə dəlalət edir. Erməni tərəfi sülh prosesini qeyri-müəyyən müddətə uzatmağa və ya tamamilə dayandırmağa çalışır. Göründüyü kimi, Ermənistan təkbaşına hərəkət etmir. O, həmişə Cənubi Qafqazda təsiri sürətlə zəifləyən Rusiyadan dəstək alır”, - politoloq bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyəti İrəvana təzyiq göstərməyə çağırıb: “Böyük Britaniya və insan haqlarına inananların hamısı adından mən bu təcavüzkar addımları pisləyirəm. Beynəlxalq ictimaiyyəti və medianı həqiqəti axtarmağa, eləcə də Ermənistana təzyiq göstərməyə çağırıram".

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM