satellite   Azerspace-1: 11135 H 30000

Kürdəmirdə daha bir zəlzələ olub

Kürdəmirdə daha bir zəlzələ olub

Kürdəmir rayonunda 3 maqnitudalı zəlzələ olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - Mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.

Xatırladaq ki, ötən gün axşam saatlarında Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM