satellite   Azerspace-1: 11135 H 30000

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font>

Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM