satellite   Azerspace-1: 11135 H 30000

ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib

ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib

May ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 79,52 % təşkil edib.

NTV-nin "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 6,74 faiz bəndi çoxdur, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 15,18 faiz bəndi azdır. Beləliklə onun payı bir il ərzində 16 % azalıb.

İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 6,69 faiz bəndi azalaraq, illik isə 12,47 faiz bəndi artaraq 13,46 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Claude"un bazar payı aylıq 0,35 faiz bəndi, illik isə 2,57 faiz bəndi artaraq 2,83 % təşkil edib.

Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı aylıq 0,59 faiz bəndi, illik isə 1 faiz bəndi azalaraq 2,12 % təşkil edib.

İlk beşliyi 2,06 %-lik bazar payı ilə "Perplexity" qapayır. Onun payı aylıq 0,18 faiz bəndi, illik isə 1,28 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 77,66 % (aylıq 4,17 faiz bəndi çox və illik 18,98 faiz bəndi az);

"Google Gemini" – 14,67 % (aylıq 5,46 faiz bəndi az və illik 13,94 faiz bəndi çox);

"Claude" – 3,21 % (aylıq 0,48 faiz bəndi və illik 2,9 faiz bəndi çox);

"Microsoft Copilot" – 2,34 % (aylıq 0,63 faiz bəndi az və illik 0,94 faiz bəndi çox);

"Perplexity" – 2,12 % (aylıq 0,14 faiz bəndi və illik 1,39 faiz bəndi çox);

Mobil cihazlarda:

"ChatGPT" – 93,37 % (aylıq 27,56 faiz bəndi və illik 10,16 faiz bəndi çox);

"Google Gemini" – 4,42 % (aylıq 28,91 faiz bəndi az və illik 1,92 faiz bəndi çox);

"Perplexity" – 1,66 % (aylıq 0,81 faiz bəndi və illik 0,59 faiz bəndi çox);

"Microsoft Copilot" – 0,55 % (apreldə payı 0 həddində olub, illik 12,66 faiz bəndi az);

Planşetlərdə:

"ChatGPT" – 100 % (aylıq 50 faiz bəndi çox və 1 il əvvəl 0 həddində olub);

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM