satellite   Azerspace-1: 11135 H 30000

“TikTok” iqlim dəyişikliyi ilə bağlı yayılan dezinformasiyalarla mübarizə aparacaq

“TikTok” iqlim dəyişikliyi ilə bağlı yayılan dezinformasiyalarla mübarizə aparacaq

“TikTok” mobil tətbiqi iqlim dəyişikliyinin mövcudluğunu inkar edən videoları silməyi planlaşdırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Tətbiq nümayəndələrinin sözlərinə görə, onlar dezinformasiya siyasətini yeniləməyi planlaşdırırlar. Beləliklə, iqlim böhranı ilə bağlı dezinformasiya ehtiva edən bütün videolar silinəcək.

Bundan əlavə, şirkət iqlim məzmunu axtaran hər kəsi BMT-nin işıqlandırdığı “mötəbər məlumatlara” yönləndirmək üçün yeni axtarış funksiyalarını təqdim etməyi nəzərdən keçirir.

“TikTok”a görə, bu cür dəyişikliklər “iqlim müzakirəsi imkanlarını genişləndirməyə” və “zərərli dezinformasiyanı azaltmağa” yardımçı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM