satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ və Şərqi Zəngəzurda 15 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Qarabağ və Şərqi Zəngəzurda 15 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən 15 dövlət qurumunu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin edib.

Naxçıvan televiziyası bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM