satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək

Türkiyə Prezidenti: Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək

Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək.

NTV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndində təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM