satellite   Azerspace-1: 11135 H 30000

Fransada "Ostin" qasırğası səbəbindən 161 min ev işıqsız qalıb

Fransada "Ostin" qasırğası səbəbindən 161 min ev işıqsız qalıb

Fransada "Ostin" fırtınası səbəbindən artıq 161 min ev elektrik enerjisiz qalıb.

NTV  xəbər verir ki, bu barədə Fransa mediası paylayıcı şəbəkələrin operatoru olan "Enedis" şirkətinə istinadən məlumat yayıb.

Xüsusilə, Bretanda 128 min, Pey-de-la-Luar regionunda 19 min, Normandiyada isə 14 min ev təsərrüfatı zərər çəkib.

Bu arada, "Ostin"dən zərər çəkmiş bölgələrdə qatarların hərəkəti ciddi şəkildə pozulub. Bretanda bir çox xətlər həddindən artıq yüklənib, hərəkətin bərpası günorta saatlarından tez gözlənilmir. Normandiyada regional qatarların hərəkəti sabaha qədər dayandırılıb.

O-de-Frans regionunda da bir çox xətlərdə hərəkətdə fasilələr müşahidə olunur, İl-de-Frans regionunda isə "Transilien" xətlərində, eləcə də bir neçə RER xəttində çoxsaylı fasilələrin olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:37 23.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM