satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

Avropa İttifaqı ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır

ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır. Bu tədbirlərin ümumi həcmi 72 milyard avro təşkil edir və Vaşinqton ilə aparılan danışıqların uğursuz olacağı təqdirdə qüvvəyə minməsi planlaşdırılır.

NTV  xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.

ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.

Komissar D.Trampın yeni gömrük rüsumu ilə bağlı son açıqlamasından məyusluğunu vurğulayaraq bildirib: “Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”. O, ABŞ Prezidentinin planlarının həyata keçirilməsinin Trans-Atlantik ticarətə ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM