satellite   Azerspace-1: 11135 H 30000

Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb - FOTOLAR

Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb<font color=red> - FOTOLAR</font> Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb<font color=red> - FOTOLAR</font> Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb<font color=red> - FOTOLAR</font>

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eyzemanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.

NTV Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycandakı səmərəli diplomatik fəaliyyətinə görə səfir Paulin Eyzemaya təşəkkür edib.

Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Paulin Eyzema 5 ilə yaxın müddətdə Niderlandın Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM