satellite   Azerspace-1: 11135 H 30000

Ayxan Hacızadə iranlı səfirlə görüşüb

Ayxan Hacızadə iranlı səfirlə görüşüb

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

NTV  xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.

Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM