satellite   Azerspace-1: 11135 H 30000

ABŞ neft hasilatını artıra bilər

ABŞ neft hasilatını artıra bilər

Rusiya və onun ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiqi qlobal enerji bazarlarında fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq.

NTV  məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Mən bundan narahat deyiləm", - ABŞ lideri neft bazarlarının mümkün destabilizasiyasını şərh edərkən deyib.

"Ölkəmizdə o qədər neft var ki, biz hasilatı bir az da artıracağıq. Yəni, hazırda neftin qiyməti olduqca aşağıdır", - o bildirib.

Tramp, həmçinin qeyd edib ki, rüsumların tətbiqi ilə bağlı etdiyi xəbərdarlıqlarla bağlı Rusiya tərəfdən heç bir cavab almayıb.

"Bu, ayıbdır", - ABŞ prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM