satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı Suriyaya səfər edəcək

Türkiyənin XİN başçısı Suriyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edəcək.

NTV  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, səfər çərçivəsində nazir H.Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək.

Görüşdə Əsəd rejiminin devrilməsindən keçən səkkiz ay ərzində Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə olunmuş irəliləyişlərin dəyərləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələsinə xüsusi diqqət yetiriləcəyi gözlənilir.

Danışıq zamanı həmçinin Suriyanın yenidən qurulması və ölkənin dirçəldilməsi istiqamətində görülən işlərin əlaqələndirilməsi də təbii olaraq önəmli müzakirə mövzularından olacaq

Nazirliyin səfərlə bağlı açıqlamasında bildirilib ki, Türkiyə-Suriya münasibətlərində müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğu hazırkı mərhələdə, Türkiyənin əsas prioriteti bu imkanlardan iki ölkənin ortaq maraqları çərçivəsində və Suriyanın sabitliyinə, təhlükəsizliyinə töhfə verəcək şəkildə faydalanmaqdır. Bu məqsədlə Türkiyə ilə Suriya arasında qarşılıqlı yüksəksəviyyəli səfərlər sürətlə davam etdirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM