satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko və Putin Rusiya-ABŞ danışıqlarının gedişatını müzakirə ediblər

Lukaşenko və Putin Rusiya-ABŞ danışıqlarının gedişatını müzakirə ediblər

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığı zamanı RF lideri ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında Moskvada aparılan danışıqları müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" “Telegram” kanalı məlumat yayıb.

"Dövlət başçıları Rusiya Prezidentinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşünü və ABŞ tərəfinin sülh danışıqları ilə bağlı təkliflərini ətraflı müzakirə ediblər. Vladimir Putin Aleksandr Lukaşenkonu Kremldə aparılan danışıqlar, eləcə də Rusiya və ABŞ prezidentlərinin görüşlə bağlı əldə etdikləri razılaşmalar barədə ətraflı məlumatlandırıb. Hazırda görüşün keçiriləcəyi yer müəyyənləşdirilir", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM