satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Prezidenti: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq

Pakistan Prezidenti: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq

Azərbaycanla Ermənistan arasında razılaşma regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq.

NTV  Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən deyib.

Görüş çərçivəsində Pakistanın Azərbaycanla qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan qardaşlıq münasibətlərini daha da dərinləşdirilməsi müzakirə olunub.

Pakistan Prezidenti qeyd edib ki, rəsmi İslamabad Azərbaycanı əsas tərəfdaş kimi görür və ikitərəfli əməkdaşlığı, xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində genişləndirmək niyyətindədir.

"Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyatın yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq və ortaq rifaha töhfə verəcək".

Asif Əli Zərdari həmçinin vurğulayıb ki, Pakistan münaqişələrin qarşılıqlı anlaşma və hörmət əsasında dialoq və dinc yolla həllinə inanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM