Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafla geniş tərkibdə görüş keçirib.
NTV xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud dostluq münasibətləri bir daha təsdiqlənib.
Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar və yeni əməkdaşlıq imkanlarının araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.
Beynəlxalq və regional təşkilatlar – o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu, ortaq prinsiplər və qarşılıqlı dəstək əsasında həyata keçirilib.
Hər iki nazir Azərbaycan və Əlcəzair arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, eləcə də regionlarda və ümumilikdə dünyada sülh, inkişaf və rifahın təşviqinə sadiq olduqlarını ifadə ediblər.
14:21
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafla görüşüb.
NTV xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
