satellite   Azerspace-1: 11135 H 30000

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir

Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir

Türkiyənin paytaxtı Ankarada Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.

NTV xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.

Forumun məqsədi sözügedən ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini təşviq edəcək.

Bununla yanaşı, forumda Türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM