satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir

Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq hələ tezdir.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.

H.Hacıyev qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.

Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM