satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub - FOTOLAR

Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqları üzrə əməkdaşlıq müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Dekabrın 25-də BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib.

Bu barədə NTV-yə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Bahar Muradova Azərbaycanın BMT və onun qurumları ilə tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, ailə, qadın və uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışaraq, bu əməkdaşlığın ölkədə sosial siyasətin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Azərbaycandakı fəaliyyəti dövründə əldə etdiyi təcrübədən məmnunluq duyduğunu deyən V.Andreyeva bu illərin onun peşəkar və şəxsi həyatında dəyərli iz buraxdığını vurğulayıb. O, Azərbaycan tərəfi ilə qurulan tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Bahar Muradova komitənin gələcəkdə də BMT ilə əməkdaşlığa xüsusi önəm verəcəyini, birgə təşəbbüslərin davamlı olmasının prioritetlər sırasında yer aldığını bildirib.

Görüş zamanı ötən illər ərzində BMT-nin Azərbaycan ofisi ilə Dövlət Komitəsi arasında formalaşmış uğurlu əməkdaşlıq modeli və bu əməkdaşlığın Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” çərçivəsində davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM