satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: USAID-in vəsaitləri ölkəmizdə çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunurdu

İrakli Kobaxidze: USAID-in vəsaitləri ölkəmizdə çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunurdu

Dediklərimiz tam həqiqət idi, Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaitləri ölkəmizdəki çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilib.

NTV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Dövlət katibi Marko Rubionun açıqlamasına münasibət bildirərkən söyləyib.

Hökumət başçısının sözlərinə görə, uzun illər USAID-in vəsaitlərinin ölkəyə zərərli olan layihələrin maliyyələşdirilməsinə yönəldildiyi barədə danışılıb. “İllərdir dediklərimiz və Rusiya yönümlü adlandırılan bəyanatlar barədə bu gün bu cür layihələri maliyyələşdirən ölkənin rəsmi nümayəndəsi tərəfindən danışılır. Buna uyğun olaraq, hər şey ictimaiyyət üçün aydın olmalıdır. USAID-in vəsaitlərinin ölkəmizdə çox çətin fəaliyyətlərin maliyyələşdirilməsinə sərf edildiyini ictimaiyyət bilməlidir”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM