satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və BMT arasında 2026–2030-cu illər üzrə çərçivə sənədi müzakirə edilib

Azərbaycan və BMT arasında 2026–2030-cu illər üzrə çərçivə sənədi müzakirə edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.

Komitədən NTV-yə bildirilib ki, görüş zamanı Azərbaycan hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən “Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə verir.

A.Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründə göstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağa təşəkkürünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda Milli Şəhərsalma Forumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoq xüsusilə vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM