satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Bölgədə sülhün və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır.

NTV xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı medianın sualına cavabına əksini tapır.

A.Hacızadənin şərhində, həmçinin bildirilib: “Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM