satellite   Azerspace-1: 11135 H 30000

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müqavilənin imzalanması üçün Cenevrəyə gedəcəklər.

NTV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) adları açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, iyunun 19-na planlaşdırılan imzalanma mərasimində ABŞ tərəfini Vitse-prezident Cey. Di. Vens təmsil edəcək. Nəşr qeyd edir ki, görüş baş tutacağı təqdirdə, bu, Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksəksəviyyəli təmas olacaq.

Bundan əvvəl Vens “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın sənədin imzalanması üçün Cenevrəyə səfər edə biləcəyini istisna etməyib.

“İmzalama mərasimində kimin iştirak edəcəyi ilə bağlı təşkilati məsələlər hələ də müzakirə olunur. Mən mütləq orada olacağam, lakin prezidentin də tədbirə qatılması mümkündür”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM