satellite   Azerspace-1: 11135 H 30000

Suriyalı nazir Azərbaycanla münasibətlərin yeni mərhələsinin başladığını bildirib

Suriyalı nazir Azərbaycanla münasibətlərin yeni mərhələsinin başladığını bildirib

Azərbaycan və Suriya media sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

 

NTV  SANA-ya istinadən xəbər verir ki, Suriyanın informasiya naziri Xaled Fəvaz Zəarur Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovla görüşüb.

 

Nazir vurğulayıb ki, Suriyanın hazırkı hakimiyyəti dost və qardaş dövlətlərlə münasibətlərdə yeni mərhələ açmağa çalışır. O həmçinin qeyd edib ki, Suriya xalqı əvvəlki rejim ilə diplomatik əlaqələri kəsən Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.

 

Zəarur informasiya siyasətini yenidən nəzərdən keçirmək və ölkənin əvvəlki hakimiyyəti tərəfindən yayılan Azərbaycan haqqında təhrif olunmuş narrativə son qoymaq niyyətində olduğunu bildirib.

 

Elnur Şahhüseynov Suriyadakı hazırkı administrasiya dövründə Bakı ilə Dəməşq arasında münasibətlərin bərpasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkə nisbətən qısa müddət ərzində nəzərəçarpacaq müsbət dəyişikliklər nümayiş etdirir.

 

Azərbaycanlı diplomat həmçinin qeyd edib ki, Bakı müxtəlif sahələrdə Suriya ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM