satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

NTV xəbər verir ki, qanun layihəsinə əsasən Azərbaycanla İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM