satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində “Araz-Naxçıvan” futbol məktəbi fəaliyyətə başlayıb

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində “Araz-Naxçıvan” futbol məktəbi fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasında futbolun təbliği və kütləviliyinin artırılması, istedadlı və perspektivli gənclərin üzə çıxarılması məqsədilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində “Araz-Naxçıvan” futbol məktəbi fəaliyyətə başlayıb. 5-15 yaş arası uşaqların iştirak edəcəyi məktəbdə UEFA-nın futbol təhsili proqramından istifadə olunacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarının orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər, eyni zamanda futbol məşqçiləri ilə görüşlər keçirilib. İlk olaraq Şərur və Kəngərli rayonlarında keçirilən tədbirlərdə 100-dən artıq müəllim və məşqçi iştirak edib. Ordubad, Culfa, Şahbuz və Babək rayonlarında da analoji tədbirlər təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM