satellite   Azerspace-1: 11135 H 30000

ANAMA Xocavənddəki partlayışın detallarını açıqlayıb

ANAMA Xocavənddəki partlayışın detallarını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təsərrüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, ANAMA-dan  verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1966-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.

Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM