satellite   Azerspace-1: 11135 H 30000

Sabah Türkiyədə “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olacaq

Sabah Türkiyədə “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olacaq

Naxçıvan televiziyası xəbər verir ki, martın 16-da Türkiyə Cümhuriyyətinin İğdır şəhərində “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” adlı fotosərgisi açılacaq. 

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyə Cümhuriyyəti Naxçıvan Baş konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub. 

Sərgidə qəzetin fotomüxbirləri Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alacaq.

Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla, Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılacaq. Sərgidə İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri iştirak edəcək. 

Sərgi 3 gün davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM