satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil:

"İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM