satellite   Azerspace-1: 11135 H 30000

MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Beləliklə ümumilikdə MSK 18 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM