satellite   Azerspace-1: 11135 H 30000

Səlahiyyətli nümayəndə Sədərək və Kəngərli rayonlarında vətəndaşları qəbul edəcək

Səlahiyyətli nümayəndə Sədərək və Kəngərli rayonlarında vətəndaşları qəbul edəcək

Naxçıvan televiziyası xəbər verir ki, noyabrın 25-i saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək. 

Həmçinin səlahiyyətli nümayəndə noyabrın 25-i saat 16:00-da Kəngərli rayonunda da vətəndaşları qəbul edəcək. Qəbul Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək. 

Qeyd edək ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Sədərək və Kəngərli Rayon İcra Hakimiyyətlərinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM