satellite   Azerspace-1: 11135 H 30000

"100 illiyə 10 film" layihəsi Real tv-də yayımlanacaq - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan televiziyasının hazırladığı "100 illiyə 10 film" layihəsi ulu öndərin anım günü ərəfəsində Real tv-də yayımlanacaq. Layihəyə 10 film daxildir. Filmlərdə müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Naxçıvana gəlişi, 1990-1993-cü illərdə burdakı siyasi və dövlətçilik fəaliyyəti, gördüyü əhəmiyyətli işlər işıqlandırılıb. Ağır blokada şəraitində olan Naxçıvan əhalisi ilə birgə baş verənlərə sinə gərən Ulu öndərin əhalini qorumaq üçün göstərdiyi fədəkarlıqlar filmlərdə geniş əksini tapıb. Layihənin diqqəti cəlb edən cəhəti Naxçıvan televiziyasının arxivində qorunan və indiyədək heç bir telekanalda yayımlanmayan orijinal videokadrlardan geniş istifadə edilməsidir. 

Qeyd edək ki, layihənin və filmlərin müəllifi Sahil Tahirli, məsləhətçisi Anar Tahirov, redaktoru İlkin Rzayev, rejissoru Fərhad Zamanbəyovdur.

https://youtu.be/aT7e7DbGhUU

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM