satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın media nümayəndələri Bakı şəhərində “Media savadlılığı” mövzusunda keçirilən konfransda iştirak edir

Naxçıvanın media nümayəndələri Bakı şəhərində  “Media savadlılığı”  mövzusunda keçirilən konfransda iştirak edir

Bakı şəhərində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media sahəsində məlumatlılığın artırılmasına dair “Media savadlılığı” mövzusunda konfrans keçirilir. Naxçıvan televiziyası xəbər verir ki, keçirilən tədbirə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media qurumlarının rəhbərləri də qatılıb.  

Konfransda "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva və "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova iştirak edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM