NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan televiziyasının 8 əməkdaşını (Sahil Tahirli, İlkin Rzayev, Rahim Qaraşov, Elşad Heydərov, Zaur Həsənov, Məryəm Əliyeva, Firuzə Əliyeva və Aysel Əliyeva) Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə təltif edib.
COP29 dövründə Naxçıvan televiziyasının əməkdaşları konfransın işıqlandırılması, iqlim dəyişikliyi ilə mübarizənin önəminin ictimaiyyətə çatırılması istiqamətində aktiv şəkildə fəaliyyət göstərib.
Qeyd edək ki, tədbirin keçirildiyi 11-23 noyabr tarixlərində 3 televiziya verilişi, 3 radio veriliş, 26 xəbər sujeti, konfransdan 23 birbaşa bağlantı, 44 müsahibə, 2 videoçarx, ingilis dilində 9 xəbər bloku, rus dilində isə 3 xəbər bloku efirə yayımlanıb. Naxçıvan televiziyasının sosial şəbəkə hesablarında, eləcə də “Nuhçıxan” İnfromasiya Agentliyində mövzu ilə bağlı 62 videomaterial (veriliş, xəbər sujeti, videoçarx, birbaşa bağlantılar) paylaşılaraq geniş izləyici auditoriyasına çatdırılıb.
Eyni zamanda bu il ərzində konfransa hazırlıq prosesi və “COP29 nədir” başlıqlı maarifləndirici istiqamətdə 12 televiziya verilişi, 15 radioveriliş, “Günaydın” proqramında 25 sujet, 112 xəbər sujeti, 17 videoçarx hazırlanıb.