satellite   Azerspace-1: 11135 H 30000

“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb

“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb

“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM