satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə NUHÇIXN-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM