satellite   Azerspace-1: 11135 H 30000

Baş Prokurorluğun inzibati binasında yaralıların yaxın qohumlarından DNT analizi götürülür

Baş Prokurorluğun inzibati binasında yaralıların yaxın qohumlarından DNT analizi götürülür

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, 160 ünvanında yerləşən inzibati binasında (Dərnəgül metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.

Müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərçəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, "161" nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM