Naxçıvanda sükut dəqiqəsi - FOTOLAR

Naxçıvanda sükut dəqiqəsi<font color=red> - FOTOLAR</font> Naxçıvanda sükut dəqiqəsi<font color=red> - FOTOLAR</font> Naxçıvanda sükut dəqiqəsi<font color=red> - FOTOLAR</font> Naxçıvanda sükut dəqiqəsi<font color=red> - FOTOLAR</font> Naxçıvanda sükut dəqiqəsi<font color=red> - FOTOLAR</font>

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çoxsaylı insan itkisindən sonra Prezident İlham Əliyev ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu gün saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Matəm əlaməti olaraq dövlət bayraqları yarıya endirilib.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eləcə də təyyarə qəzasının səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM