satellite   Azerspace-1: 11135 H 30000

Culfa rayonunda tədbir keçirilib - FOTOLAR

Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunda  tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)  təsisatının və Naxçıvan  Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə  Culfa rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədi, inkişaf isə  məqsədimizdir!”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz  xatirəsini ehtiramla yad ediblər. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Culfa rayon İcra Hakimiyyətinin başçısınin müavini, İcra Başçısı səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova  giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.                           

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya  qəbul olunmuşdur. Həmçinin, Naxçıvan Muxtar Respublikası  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan  Dövlət Universitetinin əməkdaşı Əziz Qasımov  və YAP-ın Culfa rayon təşkilatının sədiri Qadir İbrahimov mövzu ilə bağlı çıxış ediblər.                                                                                                                                                                         
Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları"filmi nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM