satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə limon ixracını dayandırdı

Türkiyə limon ixracını dayandırdı

Ticarət tədarükə mənfi təsir göstərən hava şəraiti ilə əlaqədar limon ixracını dayandırır.

Türkiyə Ticarət Nazirliyi artan şaxta hadisələrinin ardından limon ixracının dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb.

Naxçıvan televiziyası Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir ki, Adana, Mersin və Hatayda şaxta limona mənfi təsir edib. Buna uyğun olaraq, daxili qiymət artımının qarşısını almaq üçün limon ixracının dayandırılmasına qərar verilib.

Açıqlamada, "8 aprel 2025-ci il tarixindən etibarən ölkəmizdən ixracın müvəqqəti dayandırılması ilə bağlı qərar verilib. Bazar şərtləri yaxından izləniləcək və lazım gələrsə əlavə tədbirlər görüləcək", - deyilir.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən limon idxal edir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM