"Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəyovun ev muzeyi də bərpa prosesindən sonra açılıb".
NTV xəbər verir ki, bu fikirləri "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı ili"nin bağlanış mərasimində Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, 1 400-dən çox sakin artıq Şuşa şəhərində yaşayır.