satellite   Azerspace-1: 11135 H 30000

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti uzadılıb.

NTV  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edib. 

Dəyişikliyə əsasən, yuxarıda qeyd olunan şəxslər (ailələr) 2030-cu ilə qədər (bundan əvvəl 2021–2025-ci illər) mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin ediləcəklər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM