satellite   Azerspace-1: 11135 H 30000

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq.

NTV xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib.

Baş direktor bildirib ki, onun döş qəfəsi deformasiyaya uğrayıb, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlanıb. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olunub. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edilib. Bu sınıqlar ağciyəri zədələyib.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM