satellite   Azerspace-1: 11135 H 30000

“Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayış hadisəsi ilə bağlı ibtidai istintaq aparılır - BİRGƏ MƏLUMAT

“Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayış hadisəsi ilə bağlı ibtidai istintaq aparılır<font color='red'> - BİRGƏ MƏLUMAT</font>

İyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.

NTV xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, ANAMA və FHN-in operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.

Əldə edilən sübutlar arasında patronlar, fişənglər, gilizlər, propan qaz balonları, eləcə də, təlim məqsədilə istifadə olunan müxtəlif növ partlayıcı vasitələr də aşkarlanıb. Hazırda prokuorluq əməkdaşları tərəfindən hadisə yerində baxış, ANAMA və FHN-in əməkdaşları tərəfindən isə ərazidə zərərsizləşdirmə və təmizləmə işləri həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə hadisə yerinə təcili tibbi yardım briqadaları da cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM