satellite   Azerspace-1: 11135 H 30000

“Araz Su Elektrik Stansiyası” yaxınlığında meyit aşkarlanıb

“Araz Su Elektrik Stansiyası” yaxınlığında meyit aşkarlanıb

NTV-nin məlumatına görə, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri Naxçıvan şəhər sakini 24.05.1967-ci il təvəllüdlü Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında meyitinin olması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilaaediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə İstintaq orqanına təhvil verilib.

İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM