satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə gürcü parlamentarilərlə görüş keçirilib

Milli Məclisdə gürcü parlamentarilərlə görüş keçirilib

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə bildirilib ki, komitənin sədri Şahin İsmayılov Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyini söyləyib. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnunluq duyduqlarını qeyd edən Çakvetadze analoji Forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib.

Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxışlarında vurğulayıblar ki, Azərbaycanla Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM