satellite   Azerspace-1: 11135 H 30000

Bakıya 200 yeni avtobus gətirilir

Bakıya 200 yeni avtobus gətirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2200-dən çox avtobus istifadə olunur.

AYNA-dan NTV-yə verilən məlumata görə, cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək.

“Bu, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM