satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 83 milyon 110,2 min ton yük, 1 milyard 52 milyon 332,3 min sərnişin daşınıb.

NTV  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 milyon 509,6 min ton (7,1 %) və 57 milyon 744,4 min sərnişin (5,8 %) çoxdur.

Hesabat dövründə 1 milyard 5 milyon 194,9 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 7 ayına nisbətən 57 milyon 791,6 min nəfər və yaxud 6,1 % çoxdur. Taksilərin xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə ilik müqayisədə 47,2 min nəfər və yaxud 0,1 % azalaraq 47 milyon 184,6 min nəfər olub.

Beləliklə, sərnişinlərin 95,5 %-i avtobus, 4,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 60,6 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM