satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Ədliyyə Nazirliyi tibb xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edib

Naxçıvan Ədliyyə Nazirliyi tibb xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edib

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti üzrə kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədi ilə həkim (zabit) və feldşer ixtisası tələb edən kiçik rəis heyəti vəzifələrinə qulluğa qəbulla bağlı müsahibə keçirilir.

Vakant vəzifələr əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə taboru və cəzaçəkmə müəssisələrindədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibəyə dəvət edilirlər.

Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında 1 sentyabr 2025-ci il tarixdən 1 oktyabr 2025-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmçinin müraciətlər elektron poçt ünvanı (njustice.gov.az) vasitəsilə də edilə bilər.

Əlaqə nömrəsi: (036) 545-00-69

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM